iPhone 16 Pro Max modeli indiyə qədər ən böyük ekranlı telefon olacaq.
Ednews Macrumors nəşrinə istinadən xəbər verir ki, gələn il satışa çıxarılacaq model demək olar ki, planşet ölçüsündə olacaq.
iPhone 16 Pro Max tam 7 düym (18.1 sm) uzunluğunda ekrana sahib olacaq.
2024-cü ildə gələcək iPhone seriyasında iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və Pro Max cihazlarının yer alacağını iddia edən MacRumors, bu cihazların çəkisi və ölçüləri haqqında məlumat paylaşıb.
Model satışa çıxarılmadan gündəmi zəbt etməyi bacarıb.
6,1 düym olan iPhone 15 Pro ekranı iPhone 16 Pro-da 6,3 düym olması təxmin edilir. 6,7 düym olan iPhone 15 Pro Max ekranı isə iPhone 16 Pro Max -da 7 düymadək artacaq.
MacRumors-un əldə etdiyi digər məlumata görə, Pro və Pro Max bir qədər geniş, daha uzun və daha ağır olacaq. Bu arada, Apple-ın iPhone 15 Pro və Pro Max-da istifadə olunan 5-ci dərəcəli Titan materialından yenidən istifadə olunacağı düşünülür.
Xəyal Ramiz