Hindistanda qeyri-adi hadisə yaşanıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Rampur bölgəsində bir ailənin 4 aylıq körpəsi meymun tərəfindən oğurlanıb. Hadisədən tezliklə agah olan ailə evin həyətinə çıxıblar. Gördükləri mənzərə onları şoka salıb. Meymun körpəni kürəyinə alaraq evin damına dırmaşıb.
Onlar buna mane olmağa çalışsalar da, meymun 4 aylıq körpəni damdan aşağı atıb. Körpənin valideynləri 4.5 metr yüksəklikdən yerə atılan körpəni çətinliklə olsa da tuta biliblər. Buna baxmayaraq körpə yaralanıb. Onun başına 10 tikiş qoyulub. Xoşbəxtlikdən körpənin həyatını xilas etmək mümkün olub.
Oğuz