Rus şokoladı “Аленка”(Alyonka) rəsmi olaraq halal oldu
Ednews xəbər verir ki, Rusiya istehsalı alyonka şokoladının tərkibində donuz yağı var idi. Lakin donuz yağının alternativ halal yağlarla əvəz olunması nəticəsində donuz tərkibli yağ istehsalatdan çıxarılıb.
Qeyd edək ki, "Алёнка" şokoladı Sovet dövrünün ən məşhur brendlərindən biri hesab edilirdi. Şokolada adı ilk sovet kosmonavt qadını Valentina Tereşkovanın qızının adından götürülüb. Şokoladın siması isə başqa sovet qızından götürülüb.
Şokoladın tarixi hələ 60-cı illərin əvvəllərində başlayıb.
Xəyal Ramiz