“Biz gənclərin seçimlərinə müdaxilə etmirik, onlara yardım edirik” ANTEC akademiyasının direktoru Günay Hüseynli ilə MÜSAHİBƏ

Müsahibələr 12:31 26.05.2023
Müsahibimiz ANTEC – Agile Networks Training and Education Center-in direktoru Günay Hüseynlidir. Yeni açılan ANTEC Academy IT və Proqramlaşdırma sahələri üzrə bütün incəlikləri gənclərə xüsusi metodika ilə öyrətməyə iddialıdır.
 
Günay Hüseynli akademiyanın ən qısa zamanda Azərbaycanda öz dəsti – xətti ilə yadda qalacağına böyük ümidləri var. Çünki o, gənclərə ən əsası komandada çalışmağı öyrədəcək.
 
Beləliklə, maraqlı söhbətimiz başlayır:
 
-Bizə maraqlıdır, niyə ANTEC? Bu adın mənası nədir? 
 
-Hazırda, bazarda proqramlaşdırma və İT sahəsi üzrə ən məşhur metodika, Agile metodikasıdır. Günümüzdə bir çox sektorlarda, o cümlədən, bank sektorunda bu proqram tətbiq olunur. Agile- iş prinsipidir. Agile proqram təminatlarının hazırlanması, İT lahiyələrin icrası və inkişaf etdirilməsi üzrə kiçik komandalar, eləcə də böyük təşkilatlar tərəfindən istifadə olunan çevik idarəetmə metodudur. Bizi fərqləndirən cəhət də təlimlərimizdə bu metodu tətbiq etməyimizdir. Mərkəzdə proqram təminatlarının işlənib hazırlanması və İT layihələrin idarə olunmasına dair bilik və bacarıqların öyrədilməsi ilə yanaşı, tələbələrin gənc mütəxəssis kimi hazırlanması üçün əlavə təlimlərin keçirilməsi, komandada çalışmaq mədəniyyətinin mənimsədilməsi nəzərdə tutulur və Agile prinsipi təbliğ olunur. Onlar texniki biliklərlə yanaşı, eyni zamanda yumşaq bacarıqlara da yiyələnir. Bununla da onların komandada işləmə qabiliyyətləri, ünsiyyət saxlamaq bacarıqları, sərbəstliyi bir fərd olaraq iş keyfiyyətinə də təsir edir.
 
-Yəni  iddia edirsiniz ki, adınızında da əks olunan bu fərqlilik, eyni zamanda, sizi IT sahəsi üzrə təlimlər verən digər mərkəzlərdən fərqləndirir?
 
-Bəli, biz istiqamətimizi bu yöndə tutmuşuq. Komanda işi kommunikativlik,sərbəstlik bu kimi məsələlərə önəm veririk. Kursumuzu bitirən tələbə, artıq yüksək keyfiyyətli bir mütəxəssis kimi bizim yönləndirdiyimiz müəssisələrdə çalışa biləcək. Bu gün siz iş elanlarına da baxdıqda, görərsiniz ki, qoyulan tələblər tək IT sahəsi üzrə deyil. Bütün iş elanlarında şirkətlər, komandada işləmək bacarığı da tələb edir. Çünki komanda da bir nəfər bu keyfiyyətlərə malik deyilsə, ümumi iş keyfiyyəti də aşağı düşür. Deyək ki, bir iş görülürsə, onun düzgün planlanması aparılıbsa, bu artıq işin 50% uğuru deməkdir. Bölgülər zamanı komandada biznes analitik, layihə meneceri, web-dizayner, məhsul sahibi, developerləri, DevOps mühəndisləri və komandanın digər üzvləri rolları üzrə işləməyə başlayır. Hər kəsin öz texniki tapşırığı olur. Keyfiyyətli məhsul ərsəyə gətirmək üçün yüksək səviyyəli komanda işi lazımdır. Bizim əsas missiyamız da, komandada çalışmağı bacaran və müasir əmək bazarının tələblərinə cavab verən  mütəxəssis yetişdirməkdir.  
 
-Özünüzün də qeyd etdiyiniz kimi mütəxəssislərin hazırlanması məqsədi ilə ANTEC Akademiyası hansı addımları atır və ya gələcək üçün planlarınız nədir?
 
-Dərslərimiz xüsusi metodika ilə keçirilir. Keçəcəyimiz hər dərs, nəzəri və praktiki hissədən ibarətdir. Bu məqam, Faydalı İş Əmsalının (FİƏ) artmasına, keyfiyyətli tədrisin reallaşmasına zəmin yaradır. Tədris müddətində aydın olmayan, anlaşılmayan dərslərin yenidən keçirilməsi tələbələr üçün növbəti müsbət məqam kimi dəyərləndirilə bilər. Bütün xidmət sahələrində olduğu kimi, tədris sahəsində də “kəmiyyət-keyfiyyət” problemi həmişə aktuallığını qoruyub saxlayıb. Keçirilən dərslərdə çox sayda tələbənin iştirak etməsi keyfiyyəti xeyli aşağı salır. Mütəxəssislərimizin rəyinə əsasən, dərslərdə ən çox 8 tələbənin iştirakını uyğun hesab etdik, lakin biz “Antec Academy” olaraq bu rəqəmi bir az da azaltmağı düşünürük. Limit qorunub saxlanıldığı müddətdə, keyfiyyət özünü göstərəcək, bu səbəbdən dərs otaqlarında 6 tələbə ilə tədrisi reallaşdırmaq nəzərdə tutulub. Onu da vurğulaya bilərəm ki, bu gün bizdə, təlimləri keçənlər müəllimlər deyil, sırf bu sahə üzrə çalışan mütəxəssislərdir. Bunun səbəbi var: Mütəxəssis hər gün fərqli alternativlər tapmaq məqsədi ilə araşdırmalar edir, daima öyrənməyə səy göstərir. Nəticədə, onlar öyrəndiklərini tələbələrə daha detallı formada mənimsədə bilirlər. Bu, tələbələr üçün olduqca vacibdir.  Bunlarla yanaşı, tələbələrə, texnologiya sahəsində fəaliyyət göstərən şirkətlərdə təcrübə keçmək üçün, şərait yaradacağıq və real iş mühiti ilə tanış edəcəyik.
 
-Akademiyanın burada təlim keçən gəncləri şirkətlərə göndərməyə imkanı varmı?
 
-Bəli. İT sahəsi üzrə ixtisaslaşan şirkətlərlə memorandumlar, müqavilələr imzalanır. Əməkdaşlıq etdiyimiz şirkətlərin sayı gündən-günə artır. Məsələn, Azfibernet, Netpoint kimi provayder şirkətləri ilə artıq müqavilə bağlamışıq. Hətta, bir neçə tələbəmizi real iş mühiti ilə tanış etmişik. Belə şirkətlər, həm də bizi lazımi avadanlıqlarla təmin edirlər. Bizim təlim mərkəzimizdə hazırda CİSCO avadanlıqları var. Bu tələbələri daha çox cəlb edir. Ofisimizdə tanış olduqları avadanlıqları, iş mühitində gördükləri zaman tələbələr artıq bunlar haqqında məlumatlı olurlar. 
 
-Akademiyada hansı təlimlər keçirilir?
 
-Bizdə hazırda “Frontend Proqramlaşdırma”, “DevOps Engineering Cloud”, “C# Backend Proqramlaşdırma”, “JAVA Backend Proqramlaşdırma”, “Network Administration”, “Linux Administration”, “Windows Administration”, “UX/UI Dizayn”, “QrafikDizayn”, “Oracle SQL & PL SQL”,  “Algoritms& Data Structures”, “IT Support & Help Desk (Basic Networking Skills)”, “Product Management & IT Business Analyst” və günümüzdə ən çox tələbat olan “Kibertəhlükəsizlik” üzrə təlimlər keçirilir. Lakin IT və proqramlaşdırma ümumiyyətlə, ayrı-ayrı sahələrdir. Tələbələr bizə müraciət etdiyi zaman, bəzən onlar arasındakı fərqi bilmirlər. Bu səbəbdən, akademiyamıza müraciət edən  tələbə ilə söhbət edib, onun maraqlarını, şəxsi keyfiyyət və bacarıqlarını müəyyən etməyə çalışırıq,mütəxəssislərlə görüş təşkil edirik, demo-dərslərə cəlb edirik. Düşünürük ki, belə bir kompleks yanaşma, bizə tələbəni düzgün istiqamətləndirməyə kömək edəcək, gələcəkdə peşəsində özünü xoşbəxt  hiss edən  kadrların sayının artmasına səbəb olacaq.
 
-Deməli əvvəlcədən təlim istiqamətini düzgün seçməkdə,  gənclərə kömək edirsiniz.
 
-Biz onların seçimlərinə müdaxilə etmirik, əgər seçiminə kömək etməyə icazə  verirsə, ona yardım edirik. Bu gün gənclərin çətinlik çəkdiyi əsas məsələ budur ki, onlar hara yönələcəklərini bilmirlər. Onların kifayət qədər potensialları var, amma özlərini tapana qədər çox pul xərcləmiş olurlar, həm də çox vaxt itkisi olur.
 
-Bu gün bazarda kifayət qədər IT və proqramlaşdırma ilə bağlı bir sıra çatışmazlıqlar var. İstərdim ki, bu barədə də danışaq. Bunu necə aradan qaldırmaq olar?
 
-Burada əsas problem, nəzəriyyə ilə praktikanın üst-üstə düşməməsidir. Bu mənada, bizim kimi tədris və təlim mərkəzlərinin borcu, yüksək peşəkar kadrlar hazırlamağa mükəlləf olan ali məktəblərimizə dəstək verməkdir. Bir neçə ali məktəb ilə artıq danışıqlar aparılır. İstər nəzəri, istər praktik formada onlara dəstək verməklə bağlı, ilkin razılıqlar əldə etmişik. Biz belə hesab edirik ki, bu gün informasiya müharibəsi şəraitində olan vətənimizə, IT sahəsində yüksək praktik kadrların hazırlanması yönündə maksimum dərəcədə dəstək olmalıyıq. Hətta mən belə deyərdim ki, Antec Akademiyasının rəhbəri olaraq, bu mənada biz heç bir maddi qazanc güdmürük. Bizim məqsədimiz, sırf ali məktəblərdə İnformasiya texnologiyaları və Proqramlaşdırma sahələri üzrə tədris alan tələbələrə maksimum dərəcədə  dəstək vermək, onların yanında durmaq və gələcəkdə Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsi yönündə yüksək, peşəkar kadrların hazırolunmasında öz töhfələrimizi verməkdir. Çünki informasiya təhlükəsizliyi, milli təhlükəsizliyimizin ən vacib komponentidir!
 
Aysel Şahmar
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı