Son vaxtlar diqqət çəkən məqamlardan biri Ermənistanın Fransa arasında əməkdaşlığn genişlənməsidir. Fransanın Ermənistana silah satmaq niyyəti Cənubi Qafqazda sülh prosesinə böyük baryer yaradır. Fransa uzun illərdir müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkələrdən olmasına baxmayaraq, Qarabağ ermənilərinin “hüquq carçısına” çevrilməsinin əsl səbəbi nədir?
Mövzu ilə bağlı Ednews-a şərh bildirən Bakı politoloqlar klubunun sədri Zaur Məmmədovun fikrincə Ermənistan Ukraynanın yolu ilə getməkdə qərarlıdır.
“Biz Ermənistanın son addımlarını izləsək açıq şəkildə Rusiyaya qarşı yonəltdiyini görərik. Hətta iş o yerə çatıb ki, Nikol Paşinyan öz ordusuna, öz müdafiə nazirliyinə Fransız generalı baş müşavir postuna gətirmək istəyir. Beləliklə kadrlar islahatını davam etdirməklə Paşinyan hakimiyyətinin devrilməməsi üçün əlindən gələni edir. Eyni zamanda erməni ordusunun Rusyanın əlindən çıxması üçün fransızlarla ciddi şəkildə danışıqlar aparır. Rusiya Ermənistan münasibətlərində rəsmi Moskva onların iqtisadi və bəzi siyasi məsələlərdə Qərbə inteqrasiyasına qarşı çıxmırdısa, hərbi müstəvidə əməkdaşlığı Rusiya üçün artıq ciddi bir siqnaldır. Hər kəs bilirki, Ermənistanla Fransa arasında əməkdaslıq olsa da, əslində bu münasibətin arxasında Qərbin aparıcı digər dövləti də dayanır. O da Rusyaya qarşı çox böyük əhəmiyyətli fəaliyyətdədir. Mən düşünürəm ki, Rusiya Nikol Paşinyan haqqında öz qərarını verib. Bu istiqamətdə müxtəlif ssenarilər, planlar mövcuddur ki, işə salınması üçün işlər gedir”.
Ekspert həmçinin qeyd edir ki, Ermənistanın baş Naziri Nikol Paşinyan çox ciddi şəkildə qorunur.
“Cəmiyyət arasında onun nüfuzu heç də aşağı deyil. Müxalifətdə ona yaxın çatacaq digər bir alternativ siyasətçi yoxdur ki, cəmiyyət ona rəğbət bəsləsin. Hər halda son baş verənlər Cənubi Qafqaz uğrunda gedən geosiyasi savaşın göstəricisidir. Biz bununla bağlı müharibədən əvvəl də proqnoz verirdik ki, Ukraynadan sonra Cənubi Qafqazda böyük güclər arasında mübarizə meydanına çevriləcək. Qarabağ məsələsi artıq həllini tapıb. Avrasiyanın orta xəttindəki yeni komunikasiya imkanların açılması, yeni bağlantılar bütün bunlar əlbbəttə ki, bölgənin resusları uğrunda mübarizənin yeni mərhələsi deməkdir”.
Afaq Qurbanzadə