İngilis nazirin Azərbaycan haqqında açıqlaması zamanı Avropada Azərbaycansız sülh olmamasını fikirləri Qərb ölkələrin faktiki siyasətlərindən fərqlənir. Böyük Britaniyanın Azərbaycana qarşı qərəzli mövqedə dayanmamasının səbəbi nədir? Britaniyanın iqtisadi əməkdaşlıqdan əlavə nə kimi siyasi mənafeləri mövcüddur?
Mövzü ilə bağlı politoloq Turab Rzayev Ednews-a açıqlamasında bildirib ki, Britaniyanın Azərbaycanı dəstəkləməsinin bir neçə səbəbi var:
“Ümumi baxdıqda əgər Azərbaycanda sülh yoxdursa, deməli Qafqazda da sülh yoxdur deməkdir. Nəticədə Avropanın Şərq sərhədlərində yeni bir təhlükə var. Ukrayna müharibəsindən sonra Qafqazda da münaqişə ola bilər.
Təbii ki, bu da heç bir halda arzuolunan deyil. Bundan başqa Böyük Britaniyanın şəxsi maraqları var. Belə ki, Britaniya ilə Fransa arasında geosiyasi rəqabət yenidən başlayıb. Bu rəqabətə Anqlosakson ligi ilə Fransa və müttəfiqləri arasındadır.
Aydın məsələdir ki, Fransa açıq şəkildə ermənipərəst, anti-Azərbaycan siyasət yürüdürsə, Britaniya da müəyyən qədər balansı qorumaq Fransanın əksinə mövqe tutur. Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirmirsə, deməli Ermənistanı da dəstəkləmir”.
Politoloq qeyd edib ki, Britaniyanın Azərbaycan mövqeyindən çıxısının siyasi sferadan əlavə iqtisadi sahədə də önəmi var. Azərbaycan Britaniyanın və müttəfiqlərinin neft-qaz erenji təhlükəsizliyində xüsusi rol oynayır:
“Azərbaycanda həm də neft-qaz təchizatında əsas pay hissəsi məhz BP şərkətindədir.
Bundan əlavə Azərbaycan-Britaniya arasında müsbət siyasi və iqtisadi əlaqələr var.
Britaniya Qazfqazdan Mərkəzi Asiyaya açılmaq istəyir. Bu sahədə Azərbaycan xüsusi yer tutur. Eyni zamanda nəzərə alaq ki, Britaniya Avropa İttifaqından çıxıb və özünün ayrıca siyasət xətti var.
Onlardan ayrı siyasət izləmələri tamamilə normaldır. Bundan başqa Avropa İttifaqından çıxdıqdan sonra yaranan boşluğu doldurmaq və ona qarşı siyasət yürütmək üçün yeni müttəfiqlər və əməkdaşlar axtarır. Həmçinin düşünürəm ki, Azərbaycan-İsrail münasibətlərinin yaxşı olması, Azərbaycan-Britaniya münasibətlərinə müsbət təsir edir”.
Xəyal Ramiz