"Hədəfimiz Türkiyə və Azərbaycan arasında ticarəti inkişaf etdirməkdir".
Bu sözləri Ednews - a Türkiyə Böyük Millət Məclisinin (TBMM) CHP - li vəkili Nail Çilər müsahibəsi zamanı söyləyib. O, bildirib ki, hazırda Bakıya səfər etməkdə məqsədi ticari və sənaye sahəsindəki əlaqələri inkişaf etdirməkdir.
"Gebze Ticarət Odası" olaraq burada böyük hədəflərimiz var. Səfər çərçivəsində Azərbaycan sahib olduğumuz investisiya dəyərini artırmaqdır. Ələxsus Azərbaycanın öz suverenliyini bərpa etməsi bizim kimi yatırıma və iqtisadi əlaqələri marağı olan bütün ölkələrin hədəfidir. Burada fəaliyyətimiz TBMM daxilində səs çoxluğu ilə qəbul edilib. Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək bizim əsas prioretitimizdir".
Qeyd edək ki, "Gebze Odası" ticarət odası Azərbaycan Biznes Forumu çərçivəsində ikitərəfli işgüzar görüşlər keçirib.
Daha ətraflı video-reportajda:
Əkbər