Ermənistan illərdir blokada şəraitində mövcudluğunu sürdürür və bir çox regional iqtisadi lahiyələrdə iştirak edə bilmir. Bu situasiya Ermənistanın iqtisadiyyatına ciddi şəkildə təsir edir. Ermənistan Azərbaycanla sülh bağladığı təqdirdə hansı iqtisadi və siyasi üstünlüklər qazanacaq? Regiondakı vəziyyət və yaranmış yeni imkanlar nələrdir?
Mövzu ilə bağlı KAFKASAM-ın sədri Hasan Oktay Ednews-a açıqlamasında bildirib ki, Ermənistan illərlə Rusiyanın qəyyumluğu ilə həyatda qalıb.
"Ermənistan 1991-ci ildə SSRİ-dən sonra müstəqilliyini əldə etsə də, Rusiya əl altısına çevrilərək və Qarabağı işğal edərək regionda qəyyum dövləti kimi mövcudluğunu qorumağa çalışıb. Beləliklə, həm Türkiyə və Azərbaycan tərəfindən blokadaya alındığına görə, həm də Qarabağın xərcləri Ermənistan büdcəsinə yük olduğu üçün Ermənistan artıq özünü idarə etməkdə çətinlik çəkirdi.
Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda dövlət idarəçiliyində dəyişiklik etmək qərarına gəldi, lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərəkətə keçdi. 44 günlük müharibədə əvvəlcə 7 rayonu, sonra isə qalan hissələri işğaldan azad etdi.
Bununla da Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan sərhədlərinin təhlükəsizliyini təmin etdi.
Ermənistan bundan sonra Azərbaycan və Türkiyə ilə sülh imzalamaqla regionda qəyyum dövlət deyil, öz ayaqları üstə dayana bilən dövlət olmaq istəyir, heç kimlə döyüşmədən sülh içində yaşamaq istəyir. Ermənistan hazırda istiqamətini qərbə çevirib və Rusiya ilə münasibətlərinə yenidən baxır. Sosial tərəqqi və xalqların rifahı naminə üzv ölkələr arasında daha sıx inteqrasiya, daha sıx iqtisadi əlaqələrin təmin olunması istiqamətində addımlar atmalıdır”.
Sədr vurğulayır ki, Ermənistan yaranan situasiyanı dəyərləndirərək regionda sülhü təmin etməlidir:
"Ermənistanın regionda Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalaması ilə yeni dövrə qədəm qoyması ilə sosial rifah yüksələcək, lakin o, qonşuları ilə yaxşı yola getməli və təcavüzkar siyasətdən əl çəkməli, qonşularını razı salmalıdır.
Beləliklə, Azərbaycan və Türkiyə istər-istəməz Ermənistanın iqtisadi inkişafına dəstək verəcək, çünki Azərbaycan Türkiyəyə və Türkiyəyə gediş-gəliş istiqamətində yerləşən Ermənistana tranzit ölkə olmasının üstünlüklərindən istifadə edəcək".
Xəyal Ramiz