"Evdə həm Azərbaycan, həm də rus dilində danışırıq" - Birinci vitse-prezident - VİDEO | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


"Evdə həm Azərbaycan, həm də rus dilində danışırıq" - Birinci vitse-prezident - VİDEO

Siyasət A- A A+
"Biz evdə Azərbaycan dilində, bəzən isə rus dilində danışırıq. Bizim evdə hər iki dildən istifadə edilir".
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1" telekanalına müsahibəsində, evdə hansı dildə danışdıqları barədə sualı cavablandırarkən belə deyib.
 
"Bu, millətimizin, ölkəmizin sərvətlərindən biridir. Rus dilini əsla itirmək olmaz" — M. Əliyeva qeyd edib.
 
O, təəssüflə bildirib ki, postsovet respublikalarının çoxunda vəziyyət tamam başqadır: "Hətta həmin ölkələrin rəhbərlərinin bunun nə qədər pis tendensiya olmasını nəyə görə anlamaması təəccüb doğurur".
 
Süjetdə qeyd edilir ki, Mehriban Əliyevanın vətənində populyarlığı son dərəcə yüksək səviyyədədir. Üstəlik, onun tərəfdarları arasında milli və dini azlıqlar da var.
 
"Heydər Əliyev Fondu Azərbaycan xristianlarının dostudur, məbədləri bərpa etməyə, milli və mədəni mərkəzlər tikməyə kömək edir. Azərbaycanda rus dilinə də hörmət edirlər.
 
Slavyan Universiteti ölkədə populyardır, Bakıdakı Rus Dram Teatrının tamaşaları daim anşlaqla keçir.
 
Puşkinin və Tolstoyun dili ölkə rəhbərləri üçün az qala ana dili kimidir. Azərbaycanda şagirdlərin 60%-i rus dilini öyrənir. Rusdilli siniflər ağzınacan doludur. Hər sinifdə 40-45 şagird təhsil alır" — deyə sujetdə vurğulanır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...