İlham Əliyev danışıqları Sarkisyanla aparmaq istəyir | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


İlham Əliyev danışıqları Sarkisyanla aparmaq istəyir

Siyasət A- A A+

Bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan böyük beynəlxalq turnedə olub: ad gününü doğma Britaniyada qeyd edib ki, burada onun kral ailəsi ilə görüşləri planlaşdırılırdı.

“tert.am” portalı xəbər verir ki, Britaniyadan sonra Ermənistan dövlətinin başçısı Fransaya və ABŞ-a yollanacaq.

Armen Sarkisyanın yaxın ətrafına istinadla mənbə qeyd edir ki, xarici turnedə məqsəd Ermənistana investisiyaların cəlb edilməsidir.

Tezliklə həmin məqsədlə onun Rusiyaya səfəri də nəzərdə tutulur.

Bəzi məlumatlara əsasən, prezident İlham Əliyev və Armen Sarkisyan keçmişdə təsadüfən bir yerdə dincəldikləri məkanda ünsiyyətdə olmağa imkan tapıblar.

“İstisna edilmir ki, Əliyev Rusiyaya məhz A.Sarkisyanla danışıqlar aparmağa hazır olduğunu bildirib və ola bilsin ki, Minsk Qrupunun həmsədr ölkələri də buna etiraz etməyəcəklər”, - tert.am-ın mənbəyi vurğulayır.

Armen Sarkisyan 2001-2013-cü illərdə Azərbaycanla sıx əlaqələri olan “British Petroleum” beynəlxalq şirkətində müşavir vəzifəsində çalışıb. (virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...