Sabiq nazir təcili xəstəxanaya yerləşdirildi | Eurasia Diary - ednews.net

21 İyul,


Sabiq nazir təcili xəstəxanaya yerləşdirildi

Siyasət A- A A+

Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.

Eurasia Diary Baku.ws-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.

Məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb.

Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranıb. Onun qaraciyərində problemlər var. Həmçinin, Fazil Məmmədov qan təzyiqindən əziyyət çəkir.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...