İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib

Siyasət 15:54 10.07.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.

Eurasia Diary xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV deyib:

-Mən MEDEF-dən belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın yaxşı nümunəsidir. Bilirsiniz ki, mən Parisdə və Bakıda MEDEF-in üzvləri ilə dəfələrlə görüşmüşəm. Üç il əvvəl böyük bir nümayəndə heyətinin səfərini xatırlayıram və indi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir.

Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq.

Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirdi ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. “Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycanda bir çox görüşlər keçirəcəyini deyərək səfərin çox səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi.

Sonra MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de BEZİÖ çıxış edərək deyib:

-Zati-aliləri, minnətdaram. Bizi burada qəbul etdiyinizə görə təşəkkür edirik. Burada olmaq bizim üçün böyük məmnuniyyət və şərəfdir. Şəxsən mən ilk dəfədir ki, Azərbaycanda, Bakıda səfərdəyəm. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu, mənim Avropa İttifaqından kənara ilk səfərimdir. Mən ilk ölkə kimi Azərbaycanı seçmişəm. Bu da fransız biznes ictimaiyyətinin ölkəyə olan marağının göstəricisidir. Bildiyiniz kimi, MEDEF 170 min şirkətin üzv olduğu təşkilatdır. Bu gün mən böyük bir nümayəndə heyətinin tərkibindəyəm.

Jofrua Ru de Beziö nümayəndə heyətinə bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələrini təmsil edən şirkətlərin daxil olduğunu və onların 12 sektoru əhatə etdiyini bildirdi. “Bizim üçün bu şirkətləri dəstəkləmək və onları Azərbaycanın böyük potensialı olduğuna inandırmaq çox vacibdir”, - deyən MEDEF Biznes Şurasının prezidenti nümayəndə heyətində qeyri-neft sektorunu təmsil edən şirkətlərin əksəriyyət təşkil etdiyini vurğulayıb.

Fransanın Azərbaycandakı səfiri Orelia BUŞEZ fransız şirkətləri ilə yüksək səviyyədə görüşə görə Prezident İlham Əliyevə təşəkkür etdi. O, fransız şirkətlərinin Azərbaycanda həvəslə fəaliyyət göstərdiklərini bildirib. Prezident İlham Əliyevin çıxışlarında iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı söylədiyi fikirlərin diqqət doğurduğunu deyən Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı artıq nəticələrin göründüyünü və bunun burada təmsil olunan şirkətlərin fəaliyyət müxtəlifliyində də öz əksini tapdığını vurğulayıb. Səfir fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyinə əminliyini bildirib.

MEDEF-in beynəlxalq Fransa-Azərbaycan qrupunun rəhbəri, “SUEZ” qrupun baş direktorunun müavini xanım Mari-Anj DÖBON bugünkü qəbula görə minnətdarlığını bildirərək “SUEZ” şirkətinin Azərbaycanda fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına təşəkkür edib. Bir sıra yerli şirkət və agentliklərlə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq etdiklərini deyən Mari-Anj Döbon ölkəmizdə bu sahədə görülən işlərin iqtisadi inkişaf baxımından, həm də vətəndaşların həyatı üçün önəmli olduğunu bildirib, “SUEZ”in bu işlərə bundan sonra da töhfə verəcəyinə ümidvar olduğunu deyib. Mari-Anj Döbon ətraf mühitin qorunması sahəsində ölkəmizdə icra olunan layihələrə dəstək göstərməyə, bu sahədə infrastrukturun inkişafına töhfə verməyə hazır olduqlarını bildirib.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (Azərtac)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı