“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


“Keşikçidağdakı hadisəni qınayıram” - Gürcüstanın Bakıdakı səfiri

Siyasət A- A A+

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Keşikçidağda baş verən insidentlə bağlı danışıb.

Eurasia Diary xəbər verir ki, o, İTV-yə açıqlamasında hadisəni pislədiyini bildirib:

“Çox təəssüfedici insidentdir. Mən bu hadisəni pisləyir və qınayıram. Gərək biz imkan verməyək ki, müəyyən qüvvələr təxribata nail olsunlar. Sərhədin delimitasiyası ilə bağlı komissiyalar çalışır. Komissiyalara imkan verək ki, öz işlərini görsünlər və ölkələr arasında əlaqələri gücləndirən qərara nail olsunlar. Bu qərar tərəfdaşlıq və dostluq münasibətlərimizin ruhuna yaraşan qərar olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...