Qətərin Xarici İşlər üzrə Dövlət naziri “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunub - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Qətərin Xarici İşlər üzrə Dövlət naziri “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif olunub - FOTOLAR

Siyasət A- A A+

17 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi ilə görüş keçirib.

Eurasia Diary xəbər verir ki, görüş zamanı Azərbaycan-Qətər münasibətləri və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Qətər Dövləti Baş Nazirinin müavini və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taniyə verilmiş “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı Dövlət nazirinə təqdim olunub.

Nazir təltifə görə Azərbaycan Xarici İşlər Nazirliyinə minnətdarlığını ifadə edib.

 
 
 
1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...