“Trans-Avropa nəqliyyat şəbəkəsi çərçivəsində Azərbaycana 2 milyard avrodan çox investisiya qoyuluşu nəzərdə tutulub”.
Eurasia Diary-nin verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos deyib.
O bildirib ki, bu, beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə həyata keçiriləcək və bununla bağlı fəaliyyət planı hazırlanıb.
“Lakin işlər bununla yekunlaşmayacaq. Biz dövlət institutlarına, hüquq xidməti göstərən sahələrə maliyyə yatırırıq”, - deyə V. Maraqos qeyd edib.
O vurğulayıb ki, son illər Avropa İttifaqının özəl sektorla əməkdaşlığı Azərbaycanda 3000-ə yaxın iş yerinin açılmasına səbəb olub.(apa)