Belçikada PKK tərəfdarları ilə türklər toqquşdu - yaralı var | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Belçikada PKK tərəfdarları ilə türklər toqquşdu - yaralı var

Siyasət A- A A+

Belçikanın Lyeje şəhərində PKK tərəfdarı olan kürdlərlə Türkiyədən olan şəxslər arasında toqquşma yaşanıb.

Eurasia Diary xəbər verir ki, bu məlumatı Belçika mətbuatı yayıb. Məlumata görə, 400 nəfər kürd Türkiyənin Suriyadakı əməliyyatına qarşı etiraz aksiyası təşki edib. Sonradan etirazçılarla təxminən 70 nəfərlik türk qrup arasında mübahisə başlayıb.

Bundan sonra hüquq-mühafizə orqanları iki qrup arasındakı mübahisəyə son qoymaq üçün baş verənlərə müdaxilə edib. Tərəflər arasında yaşanan toqquşma zamanı bir nəfər yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...