"Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür" - Kestutis Yankauskas | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


"Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür" - Kestutis Yankauskas

Siyasət A- A A+

Bütün dünyada olduğu kimi, Avropada da ekoloji tarazlığın qorunması istiqamətində müvafiq tədbirlər görülür.

Eurasia Diary xəbər verir ki, bunu Trend-ə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, təbiəti qorumaq vacibdir: "Planetimizin gələcəyini qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki hər birimiz təbiətin bir hissəsiyik. Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq və insanlar sağlam ömür sürərlər. Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə keçirilən aksiyada da 200 ağac əkildi. Bu, təbiətin qorunması, ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür".

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsi üçün müxtəlif cinsli iqlimə və mühitə uyğun meşə və meyvə tingləri seçilib.

Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...