Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar - FOTOLAR | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar - FOTOLAR

Siyasət A- A A+

Ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin və onun 1 saylı DOST mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Eurasia Diary xəbər verir ki, nümayəndə heyəti Agentliyin fəaliyyətini, DOST mərkəzdə əhaliyə göstərilən xidmətləri nəzərdən keçiriblər. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə qonaqlara məlumat verib.

DOST layihəsinin dövlət sosial xidmətləri sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb. Bu xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edildiyi vurğulanıb. Mərkəzdə xidmət bölmələri,  burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi də nəzərdən keçirilib.  

Qardaş ölkənin nümayəndə heyəti Mərkəzdə şahidi olduqları müasir xidmət prosesi, Azərbaycanda sosial sahədə belə bir innovativ təcrübənin reallaşması ilə bağlı müsbət təəssüratlarını ifadə ediblər.  

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...