Bu partiyalar seçkiyə qatılma qərarı verdi | Eurasia Diary - ednews.net

29 Yanvar, Çərşənbə


Bu partiyalar seçkiyə qatılma qərarı verdi

Siyasət A- A A+

Ümid Partiyası da 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.

Eurasia Diary-nin məlumatına görə, bu barədə partiya Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul olunub.

Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiq edib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Bundan başqa, Ana Vətən Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcək. Bununla bağlı qərar bu gün partiyanın Ali Məclisinin toplantısında qəbul edilib.

Xatırladaq ki, bir qədər əvvəl Müsavat Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı qərarını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...