Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək | Eurasia Diary - ednews.net

24 Yanvar, Cümə


Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək

Siyasət A- A A+
Bu gün Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin iclası keçirilib.
 
Eurasia Diary xəbər verir ki, partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda 9 fevral 2020-ci il tarixinə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsədə uyğunluğu haqqında qərar qəbul edilib.
 
Ali Məclis üzvləri partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanın 26 saylı Sabunçu I Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüblər.
 
Məclisdə, həmçinin, 65 seçki dairəsindən deputalığa namizədlər müəyyən edilib.
 
Bununla yanaşı, partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...