Parlament seçkilərində iştirak üçün daha 6 partiya müraciət edib | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Parlament seçkilərində iştirak üçün daha 6 partiya müraciət edib

Siyasət A- A A+

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.

Eurasia Diary xəbər verir ki, iclasda Böyük Quruluş Partiyasının (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Demokrat Partiyasının (ADP), Böyük Azərbaycan Partiyasının (BAP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...