Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi.
Konfrans zamanı Paşinyan, guya, münaqişənin siyasi həllinə qədər qondarma Dağlıq Qarabağ respublikası daxil olmaqla Müdafiə Nazirləri arasında 1994-cü ildə imzalanan atəşkəs müqaviləsinin olduğunu xatırlatdı.
Konfransın sonunda, Ermənistanın baş naziri Qafqazda yalnız ermənilər və gürcülərin olduğunu iddia edərək, Ermənistanın uydurma tarixini şərh etdi. Lakin sonda Azərbaycan Prezidenti İlham Əliyev baş nazirə qısa, lakin sərt cavab verdi.
"Ermənilər hər zaman özləri üçün dövlət elan etməyə çalışıblar. Mənim tövsiyyəm budur ki, ermənilər ikinci dəfə özləri üçün başqa yerdə dövlət elan etsinlər".
Euraia Diary konfransın tam videosunu təqdim edir.