“Dağlıq Qarabağdakı yeni “rəhbərlər” Paşinyanın rəqiblərinin bayrağını qaldıracaqlar” Politoloq

Siyasət 14:41 30.05.2020

“Dağlıq Qarabağın yeni “prezidenti” Araik Arutunyan Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Şuşada “andiçmə” mərasimi keçirdikdən sonra yenidən İrəvanda bir araya gəliblər. Bunun başlıca səbəbi odur ki, Nikol Paşinyan Araik Arutunyanın ona bağlı olduğunu göstərməyə çalışır”. 

EDNews.net xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Ekspert qeyd edib ki, Araik Arutunyan İlham Əliyevin mayın 28-də Dağlıq Qarabağla bağlı çıxışına da reaksiya verib və İlham Əliyev Azərbaycanın məsələni birdəfəlik həll etməyə hazırlaşdığını vurğulayıb: “Araik Arutunyan müharibəyə hazır olduqlarını iddia etməklə yanaşı bildirib ki, münaqişənin “mərhələli” şəkildə həllini o zaman qəbul edəcəklər ki, ermənilərin “özmüqədərrat və təhlükəsizlik hüqüqları” təmin olunsun. Araik Arutunyanın dediyi “mərhələli həlli” deyil, “paket həlli” ehtiva edir ki, Azərbaycan heç zaman buna razılaşmayacaq”. 

Elxan Şahinoğlu bildirib ki, Araik Arutunyan “təyinatlar” həyata keçirib: “Bu “təyinat”dan ikisi maraqlıdır. Separatçıların “xarici işlər naziri” yenidən Masis Mailyan “təyin” olunub. Halbuki Masis Mailyan “prezident seçkisində” Araik Arutunyanın ikinci turda rəqibi idi. Araik Arutunyan bu təyinatı belə izah edib ki, guya Masis Mailyanın “işinə” davam etməsi faydalıdır. Bunun yalan olduğu aşkardır. Dağlıq Qarabağda nə qədər “bürokrat” var ki, onlardan “xarici işlər naziri” vəzifəsi düzəltmək olsun. Ona görə də seçim imkanı çox olmayan Araik Arutunyan Mailyanla çalışmaq məcburiyyətindədir. Digər tərəfdən Masis Mailyanın “vəzifəsində” qalması Nikol Paşinyanın da maraqlarına cavab verir. Paşinyanın Dağlıq Qarabağın keçmiş “prezidenti” Bako Saakyanla münasibətlərində gərginlik olsa da, Masis Mailyan bu qovğada neytral mövqe tuturdu. Ona görə də Paşinyan Dağlıq Qarabağda “prezident seçkisində” Masis Mailyanla Araik Arutunyanın üzərində dayanıb. Araik Arutunyanın ikinci “təyinatı” da diqqəti çəkir. O Samvel Babaynı “Təhlükəsizlik Şurasının katibi” təyin edib. Bu “təyinat” da Paşinyanla razılaşdırıb və bunu Araik Arutunyan gizlətməyib: “Samvel Babayanın təyinatı ilə bağlı qərarı İrəvanda verdik”. Araik Arutunyan “Təhlükəsizlik Şurasının” onun üçün vacib qurum olduğunu bildirib. Samvel Babayan növbəti cinayətkarkardan biridir, torpaqlarımızın işğalında və azərbaycanlılara qarşı müxtəlif qətliamlarda iştirak edib. Samvel Babayan 1990-cı illərdə separatçıların “müdafiə naziri” olub. Paşinyanın Samvel Babayan seçimi də təsadüfi deyil. Babayanın Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyanla münasibətlərində problemlər var idi. Sərkisyan 2017-ci ildə onun həbsinə qərar vermişdi. Samvel Babayan Gürcüstandan Ermənistana zenit-raket kompleksi qaçaqmalçılığı üzrə cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Belə görünür ki, Samvel Babayan 2017-ci ildə Serj Sərkisyanı devirmək planı hazırlayırdı. Serj Sərkisyanın keçmişdəki rəqibləri isə avtomatik Nikol Paşinyanın müttəfiqlərinə çevrilir. Ancaq Samvel Babayanın həm də Rusiyadakı mərkəzlərlə sıx əlaqəsi var. Babayan bir müddət Rusiyada yaşayıb. Demək, Paşinyanın Samvel Babayana “vəzifə” verməsi həm də Rusiyaya güzəştin tərkib hissəsi də sayıla bilər. Başqa sözlə Dağlıq Qarabağdakı “vəzifələr” Nikol Paşinyanla Rusiyadakı dairələr arasında güzəşt əsasında bölüşdürülüb. Araik Arutunyan “kəşfiyyat xidmətinə” isə Kamo Aqandjanyanı “təyin” edib. Bu isim də separatçılar üçün yad deyil, Azərbaycan torpaqlarının işğalında və qətliamlarda iştirak edib. Sonrakı dövrdə separatçıların “müdafiə nazirinin müavini” və “polis rəisi müavini” vəzifələrində çalışıb. Nikol Paşinyan Dağlıq Qarabağdakı “təyinatlar” vasitəsilə separatçıları nəzarətdə saxlayacağını düşünür. Ancaq baş nazirin Ermənistandakı mövqelərinin zəifləməsi kifayət edəcək ki, Dağlıq Qarabağdakı yeni “rəhbərlər” Paşinyanın rəqiblərinin bayrağını qaldırsınlar...”. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı