"BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizin liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir"

Siyasət 20:51 01.07.2020

Çağdaş zəmanəmizdə bəşəriyyəti çətin vəziyyətə salan koronovirus epidemiyası heç şübhəsiz ki, mövcud geosiyasi sahədə də ciddi dəyişikliklərə əsas verir. Üçüncü minilliyin başlamasından cəmi 20 il keçməsinə baxmayaraq artıq əksər beyin mərkəzləri və analitiklər yenicə formalaşmağa başlayan geosiyasi konfiqurasiyanın konturlarının tamamilə yeni istiqamətdə dəyişəcəyini proqnozlaşdırırlar. Bu, əlbəttə ki, heç də ürəkaçan nəticələrə gətirib çıxaracağına ümid vermir. Pandemiya insanlar üçün  ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Təəssüf ki, indiyədək beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurası, eləcə də dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə, geosiyasi rəqabət və özünütəcridə kökləniblər.

Pandemiyanın dünyada tüğyan etdiyi bir zamanda  Azərbaycanı Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi  və bu ideyanın  dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir.  Prezident İlham Əliyevin qlobal əməkdaşlığa verdiyi töhvə onun beynəlxalq aləmdəki nüfuzunu, dünya dövlətləri tərəfindən qiymətləndirilməsini  bir daha sübut edir. Başqa  sözlə desək, dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur.

Qeyd etmək lazımdır ki, BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər və indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv 97 ölkə təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Artıq rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

Təəssüflə qeyd etməliyik ki, bu humanist  təşəbbüsə qarşı çıxış edən yeganə dövlət  Ermənistan olmuşdur.  Azərbaycanın artan nüfuzu, dünya miqyasında sözünün eşidilməsi Ermənistanı narahat etdiyindən bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə  özünün iç üzünü bir daha göstərdi, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Təbii ki, bu münasibət işğalçı Paşinyan hökumətinin diplomatik səbatsızlığını bir daha sübut etdi.

Ermənistanın əksinə olaraq ölkəmiz  koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımlar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi. Bütün bunlar isə xeyirin şər üzərindəki qələbəsinin bir daha göstəricisidir.

 Mayis Əliyev

“Sosial hüquqların Araşdırılması”

İctimai Birliyinin sədri, professor    

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı