"Azərbaycanın Dostları" (Friends of Azerbaijan) sosial şəbəkəsi ermənilərin Tovuz rayonunda törətdiyi təxribatlara reaksiya verib. "Azərbaycanın Dostları" (FOA) Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədini və beynəlxalq hüququ pozan qorxaqcasına törədilən hərəkəti qətiyyətlə pisləyir.
"Azərbaycanın Dostları" (FOA) Azərbaycan xalqı və şəhid ailələri ilə çiyin-çiyinə dayanır. EDNews.net bəyanatı təqdim edir.