Azərbaycan XİN başçısının Moskva səfərinin əsas məqsədi açıqlanıb | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


Azərbaycan XİN başçısının Moskva səfərinin əsas məqsədi açıqlanıb

Siyasət A- A A+

“Azərbaycan Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq qalır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da təsdiq edib”.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində bildirib.

"Azərbaycan XİN başçısının məlum səfərinin əsas məqsədi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağdakı hazırkı vəziyyət, Ermənistanı sülhə məcbur etmək barədə məsləhətləşmələr aparmaq, habelə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəl əldə edilmiş razılaşmaların icrası, dayanıqlı və tam nizamlanma üçün şərait yaradılması ilə bağlı məsələləri müzakirə etməkdir. Görüşdə nazir Ceyhun Bayramov bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasına və qəbul edilmiş 10 oktyabr bəyanatına sadiqliyini təsdiq edib”, - deyə diplomat vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...