"Bu döyüşlərdə son bir ay ərzində Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edildi" - İlham Əliyev | Eurasia Diary - ednews.net

28 Noyabr, Şənbə


"Bu döyüşlərdə son bir ay ərzində Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edildi" - İlham Əliyev

Siyasət A- A A+

"Bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin də canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri öz canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik.

Eurasia Diary xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində danışıb.

"Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o, cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə son bir ay ərzində Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm. Biz bu torpaqlara mütləq qayıdacağıq, hərbi-siyasi yollarla. Bu gün hərbi mərhələ başa çata bilər, bunu siyasi yollarla həll edək: azərbaycanlılar Şuşaya, Xankəndiyə qayıdır. Bütün başqa əvvəllər yaşadığımız yerlərə qayıdır. Erməni əhalisi üçün şərait yaradılır. Bir yerdə yaşamağa yavaş-yavaş öyrənməliyik, həm onlar, həm də biz”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...