Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib - VİDEO | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib - VİDEO

Siyasət A- A A+

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.

Makron Fransanın erməni icması ilə görüşdən videonu “İnstagram” hekayəsində paylaşıb.  

Bu barədə Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “Facebook” sosial şəbəkəsində məlumat verib. 

M.Fətəliyeva Makronun çıxışından da sitat gətirib. Fransa Prezidenti yeddi rayonun Azərbaycana aid olduğunu bildirib. 

O deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur:

“Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...