MDB Parlamentlərarası Assambleyası formatı bütün MDB ölkələrinin, o cümlədən Azərbaycanın və Ermənistanın parlamentarilərinin işi üçün çox münasib və gərəkli strukturdur.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, RF Federasiya Şurasının sədri Valentina Matviyenko bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində söyləyib.
RF parlamentinin aşağı palatasının spikeri Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərlərinin MDB Parlamentlərarası Assambleyası platformasında ünsiyyətdə olmaq imkanının vacibliyini vurğulayaraq bildirib ki, bu ölkələr təşkilatın növbəti sessiyasında iştirak edəcəklərini təsdiqləyiblər.
V.Matviyenko deyib: “Qarabağ probleminə gəldikdə, bu, MDB-nin səlahiyyətlərinə aid deyil. Ona görə də təbiidir ki, bu mövzu bizim gündəlikdə yoxdur. Lakin əgər həmkarlarımız bu mövzuya toxunarlarsa (bunu istisna etmək olmaz), biz onları diqqətlə dinləyəcəyik”.
RF Federasiya Şurası sədrinin fikrincə, Qarabağ məsələsinin nizamlanması çox həssas mövzudur. O deyib: “Üç ölkənin – Azərbaycan, Ermənistan və Rusiyanın liderləri arasında əldə edilmiş razılaşmanı misilsiz sənəd hesab edirəm. Burada bizim Prezident mühüm rol oynayıb. Mənim fikrimcə, indiki vəziyyətdə ehtiyatsız deyilən hər hansı söz vəziyyətin yenidən kəskinləşməsinə səbəb ola bilər. Emosiyaları bir kənar