AKP, CHP, MHP və İYİ Partiyadan olan millət vəkilləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

Siyasət 09:41 28.11.2020

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıb.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa görə yox dərəcəsindədir: “Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Bir neçə gün əvvəl Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq qətnamə qəbul etdiyi çox açıq şəkildə görünməkdədir.

30 il müddətində Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları Azərbaycan Ordusunun son aylarda qəhrəmancasına mübarizəsi nəticəsində işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Türkiyə olaraq bu haqlı mübarizənin və qazanılan zəfərin hər anında qardaş Azərbaycanın yanında olmaqdan qürur duyuruq. Azərbaycan Ordusunun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə çərçivəsində apardığı əks-həmlə əməliyyatı nəticəsində öz sahiblərinə qayıdan Azərbaycan torpaqlarının əbədi olaraq Azərbaycanın hakimiyyəti altında qalacağına zərrə qədər şübhəmiz yoxdur.

ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, təxminən 30 il boyunca Ermənistanın qanunsuz işğalını görmək istəməyən, bitərəf olmaq əvəzinə bütün hallarda işğalçı Ermənistanın yanında yer alan və Azərbaycanın haqqını və hüququnu tanıyan bütün BMT qətnamələrini heçə sayan, son zamanlarda Türkiyəyə qarşı ədavətdə sərhəd tanımayan Fransanın bu addımı bizim üçün təəccüblü olmayıb. Qətnamənin Fransa Senatında böyük çoxluğun səsi ilə qəbul edilməsi Fransanın gələcəyi haqqında narahatlığımızın artmasına səbəb olub.

Fransa hökumətinin beynəlxalq hüquq və bölgədəki həqiqətlərlə ziddiyyət təşkil edən, əsassız iddialar, böhtanlar və ciddiyə alınmayacaq təkliflər ehtiva edən bu qətnaməyə diqqət göstərməyəcəyinə ümid edirik. Bu cür təxribatçı təşəbbüslərin bölgəmizə və dünyaya sülh və sabitlik gətirməkdən uzaq olduğunu xatırlatmaqla bərabər, ölkəmiz və qardaş ölkə Azərbaycan əleyhinə belə düşməncəsinə addımları atanların Məclisimiz və əziz Millətimiz tərəfindən qeydə alındığını elan edirik”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı