"Azərbaycanlı qardaşlarımızla təlim və təcrübə üzrə işlərimiz davam edir".
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.
"Ümid edirəm ki, bu məsələlərdə qardaşlarımıza bacardığımız hər şeyi edəcəyik və azərbaycanlı qardaşlarımızın haqlı işində yanında olmağa davam edəcəyik. Buna heç kim şübhə etməməlidir".