Paşinyan sirr saxlamadı - "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi" | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Paşinyan sirr saxlamadı - "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi"

Siyasət A- A A+

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyana Qarabağda torpaqları geri qaytarmağı təklif edib.

Eurasia Diary-nin "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam. Sitat gətrirəm: "Torpaqları artıq verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur", - deyə Paşinyan qeyd edib. 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...