“Ermənistan və Azərbaycan nəqliyyat dəhlizləri üzərində işləyir” - Çavuşoğlu | Eurasia Diary - ednews.net

8 May, Şənbə


“Ermənistan və Azərbaycan nəqliyyat dəhlizləri üzərində işləyir” - Çavuşoğlu

Siyasət A- A A+

“Ermənistan və Azərbaycan bölgədə nəqliyyat və enerji dəhlizlərinin açılması üzərində işləyirlər”.

Eurasia Diary Unikal.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Rumıniya Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında deyib.

XİN başçısının sözlərinə görə, rəsmi Ankara İrəvan və Bakının bu addımlarını dəstəkləyir.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda sabitlik, sülh və firavanlıq üçün şans yaranıb: “Azərbaycan və Ermənistan nəqliyyat və enerji layihələri üzərində işləyirlər və Türkiyə bunu dəstəkləyir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...