“Keşikçidağ məsələsi Gürcüstan və Azərbaycanın strateji maraqlarına uyğun həll ediləcək” - Gürcüstan XİN | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


“Keşikçidağ məsələsi Gürcüstan və Azərbaycanın strateji maraqlarına uyğun həll ediləcək” - Gürcüstan XİN

Siyasət A- A A+

“Gürcüstan baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri zamanı David Qareci (Keşikçidağ – red.) məsələsi əsas müzakirə mövzularından biri olub”.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

O, hökumət başçısının Bakıya rəsmi səfərini yüksək qiymətləndirib.

Nazir bildirib ki, Gürcüstanın strateji tərəfdaşı - Azərbaycan məsələnin mümkün qədər tez həll olunmasına hazırlığını bir daha nümayiş etdirib: “Bu, olduqca vacibdir. Məsələnin həllində hər iki ölkənin maraqları nəzərə alınacaq. Baş nazirin Azərbaycana son səfəri zamanı hökm sürən ab-hava onu deməyə imkan verir ki, bu məsələ hər iki tərəfin strateji maraqlarına uyğun həll olunacaq”.(Report)

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...