Rus sülhməramlılarına Qarabağda daha bir şəhərcik tikildi | Eurasia Diary - ednews.net

27 İyul, Çərşənbə axşamı


Rus sülhməramlılarına Qarabağda daha bir şəhərcik tikildi

Siyasət A- A A+

Qarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilib.

Eurasia Diary xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, Xankəndidə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb vahidinin blok-modul şəhərciyi tikilib. Düşərgəyə yaşayış və inzibati, sanitariya-epidemioloji və xəstəxana şöbələri, əməliyyat bölməsi, ambulatoriya və təcridxana daxil olmaqla, yüz yetmiş iki modul daxildir.

“Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun rəhbərliyi və Rusiya Müdafiə Nazirliyinin maddi-texniki orqanlarının birbaşa iştirakı ilə Qarabağdakı Rusiya hərbi işçiləri üçün rahat, müasir yaşayış şəraiti yaratmaq üçün ən qısa müddətdə 250, 60, 40, 30 və 15 nəfərlik olmaqla, ümumilikdə 30 blok-modul qəsəbə salınıb”, - məlumatda qeyd edilib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...