“Qafqaz bölgəsində sülhün və sabitliyin təmin edilməsi üçün böyük səylər göstəririk
Azərbaycan öz torpağı olan Qarabağı Ermənistanın işğalından qurtarandan sonra qurulan ortaq Mərkəzin fəaliyyəti Rusiya ilə koordinasiyalı şəkildə davam edir”,-Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Eurasia Diary xəbər verir ki, Hulusi Akar bu gün Etimesgut hərbi sursat zavodunda lazerlə hədəfə yönləndirilən aviabombanın (Hassas Güdüm Kiti-82) Türkiyə ordusuna təhvil verilməsi mərasimində çıxışı zamanı Qarabağdan da danışıb.