“Bizim arxamız bərk olmasaydı, qonşularımız bizə kömək etməsəydi, bəlkə də qələbəmiz ola bilməzdi. Ona görə də biz həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına, həm də Ayətullah əl-uzma Xomneyi həzrətlərinə öz təşəkkürümüzü bildiririk. Mən müsəlmanlar, dindarlar adından ona (Xomneyi) təşəkkür edirəm ki, onun fətvası qələbənin carçısı idi. Onun fətvasında deyilirdi ki, Qarabağ torpağı islam torpağıdır və onun uğrunda dünyasını dəyişlər də şəhid hesab olunur”.
Eurasia Diary xəbər verir ki, bu sözləri Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Bayram namazından sonra mətbuata verdiyi açıqlamada ifadə edib.
Qeyd edək ki, şeyxin açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.