“2016-cı ildə deputat Nikol Paşinyana tabe olan qüvvə Aprel müharibəsi zamanı da döyüşlərdə iştirak etməyib”.
EDNews.net Musavat.com-a istinadən xəbər verir ki, bu barədə parlamentdə əsas müxalifət qüvvəsi sayılan “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bəyan edib.
“Onlar daha çox maddi və mühəndis təminatı işlərində fəaliyyət göstəriblər. Bu isə döyüş əməliyyatlarında iştirak sayılmır”,-deyə o, bildirib.
Seyran Ohanyanın sözlərinə görə, həmin vaxt ordu komadanlığı bu işi yüksək qiymətləndirib və Nikol Paşinyanın rəhbərlik etdiyi həmin hərbi dəstəni fəxri fərmanla mükafatlandırıb.