Qarabağda qanunsuz məskunlaşan ermənilərin 48 faizi İrəvana köçdü - VİDEO | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

Qarabağda qanunsuz məskunlaşan ermənilərin 48 faizi İrəvana köçdü - VİDEO

Siyasət A- A A+

Qarabağda qanunsuz olaraq məskunlaşan erməni ailələri İkinci Qarabağ savaşından sonra İrəvana köçməyə başlayıblar. 

EDNews.net xəbər verir ki, bu gün Azərbaycan əsgərinin nəzarətində olan torpaqlarımız tam şəkildə ermənilərdən təmizlənib, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə isə erməni ailələrinin Qarabağdan köçü hələ də davam edir. 

Ermənistan Milli Statistika Xidmətinin Araşdırma və Xəbərlər Departamentinin rəhbəri Leonid Soqomonyan deyib ki, indiyədək Qarabağda olan 986 ailə araşdırılıb və onlardan 408-i hazırda paytaxt İrəvanda məskunlaşıb. Bu da Qarabağda yaşayan ermənilərin ümumilikdə 48,4 faizini təşkil edir. 

Bununla da Ermənistan rəhbərliyinin növbəti yalanı üzə çıxmış olur. Belə ki, onlar Qarabağda on minlərlə erməninin qaldığını desə də, özlərinin açıqladığı rəsmi statistika və kütləvi köç bunun tam əksini deyir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...