Mqer Qriqoryan aparılan danışıqların bəzi SİRLƏRİNİ açıqladı | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Mqer Qriqoryan aparılan danışıqların bəzi SİRLƏRİNİ açıqladı

Siyasət A- A A+

Ermənistanın baş nazir müavini Mqer Qriqoryan bildirib ki, ölkəsi cənub sərhədlərində alternativ yollar inşa etməlidir.

EDNews.net Bizim.Media-ya istinadən xəbər verir ki, Ermənistanın baş nazir müavini Tatev kəndindən Gorus-Qafan yolundan yayınmaqla Sisyana çəkilməli oldan yoldan bəhs edib. 
 

Mqer Qriqoryan xatırladıb ki, Ermənistan-Rusiya və Azərbaycan baş nazir müavinlərindən ibarət işçi qrupun son görüşü bir ay əvvəl baş tutub:

“Dəmiryol xətlərinin açılışı ilə bəzi məsələlərin həlli daha yaxşı nəzərə çarpır. Amma bunu avtomobil yolları barədə demək olmaz. Burada söhbət müəyyən bir istiqamətdə yox, yolların kompleks açılmasından gedir”.

Paşinyanın müavini Gorus-Qafan yolu ilə bağlı jurnalist suallarına da cavab verib:

“Gorus-Qafan yolu ilə əlaqədar problem həllini tapmasa, bu, Ermənistan iqtisadiyyatına təsir edəcək. Paralel infrastruktur işləri vəziyyətə tarazlıq gətirə bilər”. 

Mariya Zaxarovanın demarkasiya və delimitasiya ilə bağlı çıxışına da münasibət bildirən Qriqoryan qeyd edib ki, Zəngəzurda müəyyən proses start götürmək üzrədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...