Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinn başlamağın tərəfdarı olduğunu bildirib.
EDNews.net “Report”-a istinadən xəbər verir ki, o, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli ilə bağlı açıqlamasına cavabında deyib.
Qeyd edək ki, Mariya Zaxarova Gorus-Qafan avtomobil yolundakı vəziyyətdən danışarkən Ermənistanla Azərbaycan sərhədində delmitasiya və demarkasiya prosesinin başlamasının vacibliyini vurğulamışdı.