Rəisi- Paşinyan görüşü: “Gorus- Qafan yolundan istifadə ilə bağlı...” | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Rəisi- Paşinyan görüşü: “Gorus- Qafan yolundan istifadə ilə bağlı...”

Siyasət A- A A+
İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu barədə məlumatı erməni KİV orqanları yayıb. Məlumata əsasən görüş Tacikistanda baş tutub. Görüş zamanı İran Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında fasiləsiz yükdaşımaların təşkilini və bölgədəki vəziyyəti müzakirə ediblər.
 
Qarabağa cənub qonşumuzdan ard-arda yüklərin daşındığı əsnada tərəflər arasında görüşün baş tutması diqqət çəkir. Proseslərdən belə görünür ki, Tehran yenə də İrəvana himayəçilik etmək eşqinə düşüb.
 
 
EDNews.net xəbər verir ki, müzakirələr barədə “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan yüklərin daşınması ilə əlaqədər problemin yarandığını söyləyib:
 
 “Şübhəsiz, görüşdə ikitərəfli əlaqələr barədə danışılıb. Tərəflər arasında problem var. Bunlardan ən başlıcası ilə Gorus- Qafan yolunun statusu ilə bağlıdır. Azərbaycan və Ermənistan arasında 2020-ci ilin dekabrında əldə olunan razılığa görə sözügedən yoldan üçüncü ölkə, o cümlədən də İran istifadə edə bilməz. Həmin yol həm də bizim ərazimizdən keçir və Ermənistan hakimiyyəti bunu yaxşı anlayır”.
 
S.Soltanın sözlərinə görə, bundan sonra Tehran və İrəvanın iki yolu var: 
 
“Tərəflər hələ də Gorus- Qafan yolundan istifadə etmək istəsələr, bizim qoyduğumuz şərtləri qəbul etməlidirlər. Həmçinin həmin avtomobillər mütləq yoxlanılmalıdır. Bizim belə bir tələbi irəli sürməyə haqqımız var. Əgər, İran razı olmasa, onda alternativ yoldan istifadə edilə bilər. Lakin həmin yol bərbad vəziyyətdədir, dəfələrlə avtoqəzalar olub, maşınlar nasaz hala düşüb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...