“Erməni ordusuna qarşı bir mərkəzdən yönləndirilmiş ardıcıl siyasət aparılır, zabit heyətini, generallardan tutmuş gizirə qədər hamısını qorxaq və fərari kimi nüfuzdan salmağa cəhd edilir”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni jurnalist Nairi Hoxikyan yazıb.
Onun sözlərinə görə, Ermənistanda ordunu son olaraq məhv etmək əməliyyatı davam edir.
“Ordunu son olaraq məhv etmək əməliyyatı davam edir, yaxın günlərdə sorosçu qrant alanlardan yeni “aşkarlamalar” eşidəcəyik”, - deyə Hoxikyan qeyd edib.