Ermənilər delimitasiya üçün saxta xəritə irəli sürdü - ednews.net

4 Dekabr, Şənbə

Ermənilər delimitasiya üçün saxta xəritə irəli sürdü

Siyasət A- A A+

Ermənistan demarkasiya işlərini özlərinə sərf edən xəritə ilə aparmağı planlaşdırır.

EDNews.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, Milli Elmlər Akademiyasının fəxri doktoru, kartoqraf Ruben Qalçyan Azərbaycanla Ermənistan arasında demarkasiya işlərinin guya 1926-cı ildə hazırlanmış saxta xəritə əsasında aparmağı təklif edib.

“Ermənistan üçün minimal ərazi itkiləri yalnız 1926-cı ilin xəritəsinə görə mümkündür. Ermənistan SSR-nin 1926-cı ildə hazırladığı xəritə maraqlarımıza tam cavab verir”-deyə kartoqraf söyləyib.

Xatırladaq ki, Qalçyanın təklif etdiyi xəritə Azərbaycan və Rusiya arxivlərində mövcud deyil və saxta hesab edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...