“Rusiya sülhməramlılarının “Artsax”da olması şübhəsiz ki, oradakı ermənilər üçün faydalıdır. Çünki Ermənistan bu gün “Artsax”ın təhlükəsizliyinin təminatçısı ola bilməz”.
EDNews.net erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri politoloq Qarik Keryan səsləndirib:
“Rusiya bu zəmanəti öz üzərinə götürüb. Bu, ölkənin təhlükəsizliyinin və var olmasının qarantıdır. İndi Ermənistan Silahlı Qüvvələrinin ölkənin təhlükəsizliyini təmin etmək problemi var, ona görə də “Artsax”ın təhlükəsizliyindən danışmağın mənası yoxdur” – politoloq qeyd edib.
Erməni politoloq sülhməramlıların mandatının başa çatacağı təqdirdə nələrin baş verəcəyi haqda sualı belə cavablandırıb:
“Məncə indi belə proqnozlar vermək düzgün deyil. Vəziyyət çox sürətlə dəyişir, dünya güc mərkəzləri arasında yeni uyğunlaşma baş verir. Hər şey Rusiyanın gələcək statusundan asılıdır. Amma düşünürük ki, Rusiya sülhməramlıları “Artsax”da uzun müddət qalacaqlar” – deyə Keryan bildirib.