Erməni nazir “Zəngəzur dəhlizi”nə “hə” dedi - Rusiya ilə dəmir yolu xəttini birləşdirmək İSTƏYİ - ednews.net

19 Yanvar, Çərşənbə

Erməni nazir “Zəngəzur dəhlizi”nə “hə” dedi - Rusiya ilə dəmir yolu xəttini birləşdirmək İSTƏYİ

Siyasət A- A A+

Ermənistan və Rusiyanın dəmir yolu sistemlərinin birləşdirilməsi imkanlarını Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov müzakirə ediblər.

EDNews.net “news.am” saytına istinadən xəbər verir ki, görüş “Expo 2020 Dubay”da Rusiyanın Milli Gününün qeyd edilməsi çərçivəsində Rusiya pavilyonunda baş tutub. Kerobyan bu barədə öz Facebook səhifəsində məlumat verib.

“Tədbir çərçivəsində mənim Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov ilə ayrıca görüşüm oldu. Biz ölkələrimizin dəmir yolu sistemlərinin birləşdirilməsi və Ermənistanda birgə müəssisələrin açılması imkanlarını müzakirə etdik. Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş digər məsələlərə də toxunduq”, - deyə nazir yazıb.

Xatırladaq ki, adı çəkilən ölkələrin dəmir yolu xəttlərin birləşdirilməsi yalnız Zəngəzur dəhlizinin açılmasından sonra baş tuta bilər, çünki Rusiya Gürcüstan istisna olmaqla dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Ermənistana yük göndərmək imkanına malikdir.

Bu isə onu deməyə əsas verir ki, baş nazir müavinlərinin Moskvadakı son görüşündə ermənilərin dəhlizə “yox” deməsi Ermənistan ictimiyyətinin gözünə kül üfürmək taktikasından başqa bir şeyə bənzəmir.

Əslində isə Paşinyan Soçi danışıqlarında Putinin imzasının qarşısına hər hansı kozur qoya bilməz. Əks halda hakimiyyətdən uzaqlaşdırıla və sabiq müdafiə naziri kimi həbsə atıla bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...