“Bakıda törədilən qətliam birbaşa Kremlin ermənilərə dəstəyi idi” 20 yanvar xarici ekspertlərin ŞƏRHİNDƏ

Siyasət 20:00 20.01.2022

“Qara Yanvar insanlığın despotizm və tiranlıq üzərində qələbəsidir”– Mahmud Ul Hasan.

İrlandiya, Britaniya və Pakistandan olan ekspertlər 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqının başına gəlmiş qanlı faciə - Qara Yanvar günü ilə bağlı EDNews-a açıqlama veriblər.

Ekspertlər açıqlamalarında 20 Yanvar faciəsini bəşəriyyət tarixində insanlıq əlehinə törədilmiş cinayət hesab ediblər.

Osmanlı imperiyası və Qafqaz tarixi üzrə araşdırmaçı Patrik Uolş qeyd edib ki, 1990-cı ilin yanvar ayında baş vermiş hadisələr Azərbaycan xalqının tarixində qanlı səhifələrdir.  

“Qarbaçov Azərbaycan xalqını mərkəzi hakimiyyətə tabe etdirmək üçün qırğına və kütləvi zorakılığa əl atdı. Lakin bu əksinə oldu. Kremlin repressiyaları nəinki Azərbaycan xalqını meydanlara çıxartdı, hətta Azərbaycanda sovet hakimiyyətinə son qoydu. Mənasız kütləvi qətliamlardan sonra Qarbaçov Kommunist partiyasının siyasi monopoliyasını aradan qaldıraraq, Sovet İttifaqının dağılmasını daha da sürətləndirdi. Qarbaçovun yalnız fəlakət doğuran islahatlarına vaxt qazandırmaq üçün Sovet qoşunları Bakıda 130 dinc insanın öldürülməsinə bais oldu”.

Britaniyalı siyasi ekspert Taras Kuzio bildirib ki, 1990-cı ilin yanvarın 20-də Sovet qoşunlarının dinc nümayişçiləri və sakinləri gülləbaran etməsi Kremlin Ermənistana açıq dəstəyidir.

“Qarbaçov nəinki 20 Yanvar hadisələri, hətta 1989-cu il Gürcüstanda və 1991-ci il Baltikyanı ölkələrdə törədilmiş qətliamlara görə məsuliyyət daşıyır”.

“Bununla bərabər, Birinci Qarabağ müharibəsində Moskva açıq şəkildə Ermənistan silahlı qüvvələrini dəstəklədi. Hətta, 1992-ci ilin fevral ayında Xocalıda 600-dən çox dinc azərbaycanlının erməni qüvvələri tərəfindən qətliam edilməsində Rusiyanın bölgədə yerləşdirilmiş 336-cı polku xüsusi yer alır.  Bütün bunların hamısı Rusiyanın Ermənistana açıq şəkildə dəstəyidir”.

Pakistanın Avrasiya regionu üzrə tanınan siyasi eksperti Mahmud Ul Hasan Azərbaycan xalqının Sovet ordusuna nümayiş etdirdiyi şücaəti və qəhrəmanlığı insalığın despotizm və tiranlıq üzərində qələbisi hesab edib.

“Bəşər sivilizasiyası yarandığı gündən insanlıq qəddarlığa, repressiyalara, təcavüzlərə və işğallara qarşı mübarizə aparır. İnsanlar hər zaman müstəqillik, azadlıq, insan hüquqları və sosial ədalət uğrunda vuruşublar. Xalqların mübarizəsi onların öz milli tarixlərində köklü dəyişikliklərə gətirib çıxarıb. Azərbaycan dövləti və onun xalqı sübut etdi ki, müstəqilliyi şəhadət yolu ilə nail olmaq olar. Qara Yanvar Azərbaycan xalqını müstəqillik və azadlıq yoluna aparan bir hadisədir”.

“Sovet tankları və silahları Azərbaycan xalqının müqavimət əzmini qıra bilmədi. Azərbaycan xalqı sovet işğalı üzərində qələbə qazandı.  Bu qətliam  SSRİ-yə regional təcrid və beynəlxalq qınaqdan başqa heç nə gətirmədi”.

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı