QHT Agentliyinin rəhbərliyi Fəxrəddin Altunla görüşdü - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

QHT Agentliyinin rəhbərliyi Fəxrəddin Altunla görüşdü

Siyasət A- A A+

Ankarada səfərdə olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüblər.

Ednews xəbər verir ki, qonaqları salamlayan F.Altun agentliyin rəhbərliyinin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O, iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşüb. Eləcə də “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev F.Altuna qəbula görə təşəkkürünü bildirib.

V.Quliyev Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

O, Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşüb, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...