İrəvan partlayışında 6 ölü, 17 itkin var - Paşinyan əraziyə gəldi - VİDEO - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

İrəvan partlayışında 6 ölü, 17 itkin var - Paşinyan əraziyə gəldi - VİDEO

Siyasət A- A A+
Ermənistanın baş naziri Nikol Paşinyan Surmaluda partlayış baş verən, axtarış-xilasetmə əməliyyatının davam etdiyi əraziyə gəlib. 
 
Ednews xəbər verir ki, onu İrəvan meri Hraçya Sarkisyan qarşılayıb.
 
Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, Surməlu bazarında baş verən partlayış nəticəsində 17 nəfər itkin düşüb, 6 nəfər ölüb.
 
Ölən 6 nəfərdən dördünün şəxsiyyəti müəyyən edilib: Anahit Mxitaryan, Misak Marqaryan, Cemma Nazaryan və Qayane Avetisyan.
 
Qeyd edək ki, zərərçəkənlərin sayı 61-ə çatıb. Onlardan 36-nın vəziyyəti orta ağır qiymətləndirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...