Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Azərbaycana təşəkkür edib.
Ednews xəbər verir ki, bu barədə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
"Təşəkkürlər Azərbaycan", - deyə Bilaval Bhutto Zərdari Azərbaycanın Pakistandakı səfirliyinin Azərbaycan Respublikasının Pakistan Respublikasına ayırdığı yardımla bağlı paylaşımına istinad edərək bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.